Yəmən ordusu İsrailə qarşı yeni hərbi əməliyyat həyata keçirib.
Az.rasthaber.com “mehrnews”ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələri (SQ, “Ənsarullah” hərəkatı, husilər) əməliyyat çərçivəsində ballistik raketlərdən istifadə edib.
Qeyd edilib ki, bu addım İsrailin Qəzza sektorunda Fələstin xalqına qarşı törətdiyi qətliamlar, soyqırımı və digər dəhşətli hərbi cinayətlərə cavab olaraq atılıb.
Hədəf olaraq Tel-Əviv şəhərində hərbi obyekt seçilib. Nəticədə Ben-Qurion hava limanındakı uçuşkar yenidən dayandırılıb.
Bundan başqa, İsrailə qarşı tətbiq edilən dəniz blokadası da davam etməkdədir.