Suriya: ABŞ bizə təzminat verməlidir

Suriya: ABŞ bizə təzminat verməlidir

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəsinə qarşı apardığı siyasət nəticəsində baş vermiş dağıntı və itkilərə görə ABŞ-dan təzminat tələb etdiklərini bildirib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadla  xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.

“Suriya höküməti ölkə əhalisinə qarşı tətbiq edilən cinayət siyasətinin nəticələrinə görə, ABŞ-ı günahkar hesab edir və ABŞ-ın təcavüzkarlığı ilə işğalının nəticəsində baş verən kütləvi dağıntı və saysız itkilər üçün təzminat tələb edir”, -deyə açıqlamada deyilir.

 Açıqlamada ABŞ-ın Suriyadakı davranışının beynəlxalq qanunlara zidd olduğu və dünya birliyi tərəfindən qınanılmalı olduğu diqqətə çatdırılıb: “ABŞ və dünyadakı və regiondakı dostları, Suriyaya qarşı misilsiz terror müharibəsini dəstəkləyir”.

 

Xəbəri paylaş

VİDEOLAR