İranda Milli nüvə bayramı günü münasibətilə 9 yeni nailiyyətin təqdimatı olunub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, mərasimdə İran prezidenti İbrahim Rəisi iştirak edib.
İranda aprelin 9-u (20 fərvərdin) Milli nüvə bayramı günü kimi qeyd olunur. Hər il bu bayram münasibətilə İran rəsmiləri nüvə texnologiyası üzrə əldə olunmuş yeni nailiyyətləri xalqa çatdırır. Məlumata görə, prezident öncə nüvə texnologiyaları nailiyyətləri sərgisində ölkə alimlərinin sülhyönlü nüvə fəaliyyətləri sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən İran istehsalı olan yeni sentrifuqalara baxış keçirib.
İran Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami prezident İ.Rəisiyə əldə olunan yeni nailiyyətlər barədə məlumat verib. O bildirib ki, radiodərman sahəsində 3 yeni nailiyyət əldə ediblər, 2 nailiyyət Plasma, 4 nailiyyət sənaye, lazer və nəzarət sistemləri sahəsindədir.
Prezidentə, həmçinin İran mütəxəssisləri tərəfindən Darxoin nüvə elektrik stansiyasının tikildiyi bildirilirb.
Qeyd olunub ki, bu stansiya 360 min meqavat elektrik enerjisi istehal etmək gücünə malikdir.
Prezident İ.Rəisi bildirib ki, sülhyönlü nüvə enerjisindən istifadə, eləcə də elm və texnologiyalarının nüvə sahəsində istifadəsi İranın geridönməz haqqıdır: “Ölkənin digər sahələrində də bu təcrübədən istifadə olunmalıdır”.
İ.Rəisi qeyd edib ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təhqiqat işləri sürətlənib və hökumət bu prosesi dəstəkləyəcək.
Qeyd edək ki, İran 2006-cı il aprelin 9-da (fərvərdin ayının 20-də) uranın zənginləşdirilməsi üçün lazım olan sentrifuqanı İranda istehsal edə biləcəyini elan etmişdi. Həmin ildən etibarən İranın Ali İnqilab Mədəniyyəti Şurası aprelin 9-nu İranda "Nüvə bayramı" günü elan edib.