Dağlıq Qarabağda atəşkəs rejiminə tam riayət olunur.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanının müavini polkovnik Aleksey Polyuxoviç bildirib.
Onun sözlərinə görə, sülhməramlı qüvvələr ştat rejimdə öz vəzifələrini icra edirlər.
Polkovnik qeyd edib ki, postlarda vəziyyətdə sakitdir.