"Donald Trampın General Süleymaniyə qarşı terror hücumunu əmr verməklə bağlı kifayət qədər dəlillərimiz var"
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini Söhrab Əli Şəmxani deyib.
"Biz Məhkəmə Hakimiyyəti ilə bir neçə istiqamətdə əməkdaşlıq etdik; ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa göstəriş verməklə törətdiyi cinayəti sübut edən geniş məlumat və sənədlər təqdim edildi", -deyı Şəmxani əlavə edib.
Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini minlərlə əhatəli sənədin hazırlandığınıvə bu işin tez bir zamanda həll olunacağına ümidvar olduğunu bildirib.
"Şəhid Süleymaninin terror ilə bağlı cinayət işinə hökm oxunmaq üzərədir və tezliklə elan olunacaq. Minlərlə insan ABŞ-ın birbaşa göstərişi ilə həyata keçirilən bu iyrənc cinayətin səbəbkarlarının cəzalandırılması üçün 55 saylı məhkəmə şöbəsində iddia qaldırıb", -deyə Söhrab Əli Şəmxani qeyd edib.
Beynəlxalq Məsələlər üzrə Ədalət Məhkəməsinin xüsusi müstəntiqi Səid Fərhadiniya şəhid Süleymaninin terror edilməsini, Terrorla Mübarizə Konvensiyası və 1556 saylı qətnamənin tamamilə pozulması kimi dəyərləndirib.
"124 amil müəyyən edilib və 43 nəfər barəsində həbs qərarı verilib, o cümlədən 700 yazışma ilə 13 ixtisaslaşdırılmış iclas keçirilib", -deyə Fərhadiniya əlavə edib.