Süleymaninin qızı Seyid Nəsrullahla görüşüb - VİDEO

Süleymaninin qızı Seyid Nəsrullahla görüşüb - VİDEO

Hizbullah lideri Qasim Süleymaninin qızını qəbul edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin qızı Zeynəb Süleymani Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah ilə görüşüb.

Livan Hizbullahının baş katibi bu görüşdə  Süleymani haqqında deyib: "Allah-Taala Hacı Qasim Süleymanini cihad və şəhadətə tərəf yönəltdi və onun həyatını ən gözəl aqibətlə başa vurdu."

Zeynəb Süleymani cümə axşamı günü də Beyrutun cənub ətrafında yerləşən Zahiyyə bölgəsində Livanın mədəniyyət cəmiyyəti və Hizbullahın "Qadınların işləri üzrə qruplar"ının general-leytenant şəhid Qasem Süleymani üçün keçirdikləri mərasimdə iştirak edib.

Zeynəb Süleymani bu mərasimdə "Düşmənlər istəmirlər ki, İslam gəncləri cəsur olsunlar, amma onlar heç vaxt öz nəhs məqsədlərinə çatmayacaqlar.", -deyə qeyd edib.

Qeyd edək ki, Zeynəb Süleymani atasının sui-qəsdə məruz qaldığı sırada Seyid Nəsrullahın onun atasının qisasını alacağını demişdi.

View this post on Instagram

Süleymaninin qızı Seyid Nəsrullahla görüşüb

A post shared by RastHaber Azerbaycan (@rasthaber.azerbaycan) on

Xəbəri paylaş

VİDEOLAR