Zeynəb Süleymani Livanın “Al Manar” telekanalına müsahibə verib.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ ordusunun İraqda sui-qəsd nəticəsində qətlə yetirdiyi general Qasim Süleymaninin qızı Zeynəb Süleymani Livanın “Al Manar” telekanalına müsahibə verib.
Müsahibəsində Hizbullah Lideri Seyid Nəsrullaha “əmim” və “müqavimət lideri” deyə müraciət edərək atasının qisasını o alacağını bildirib: “Alçaq Tramp bilməlidir ki, atamın şəhid olması onu unutdurmayacaq. Dünya bilməlidir ki, Qasim Süleymaninin şəhid edilməsi bizi yıxmaz. Amerika bilsin; mən, övladları sonuna qədər mübarizə edəcəyik, qanının bir qətrəsindən vaz keçməyəcəyik. Bölgədəki bütün müqavimət qrupları Qasim Süleymaninin qanının intiqam alanları olmalıdır. Qasim Süleymani, bütün məzlumların qanının intiqamını aldı. Hamınız qalxın və Qasim Süleymaninin qanını alın!”
Daha sonra Zeynəb Süleymani Ayətullah Xamenei və Seyid Nəsrullahdan danışaraq “Seyidin qəlbi qırılmamalıdır, əli titrəməməlidir, bilsin ki, uşaqları və mən bu yolda sona qədər yanında duracağıq. Əmim Həsən Nəsrullahın atamın qanının intiqamını alacağını bilirəm. Tramp və dünya bilsin atamın öldürülməsilə heç bir şey silinmədi, bizim hamımızı daha da canlandırdı. Siz, atamın rəqibi deyildiniz, ona görə raketlə vurdunuz. Ayətullah Xamenei və Seyid Həsən Nəsrullaha başsağlığı verirəm.”, -deyə qeyd edib.