'Süleymanini qətlə yetirəndən sonra bizə edilən hücumlar dörd qat artıb'

'Süleymanini qətlə yetirəndən sonra bizə edilən hücumlar dörd qat artıb'

“Nüvə sazişini tərk etdikdən, Süleymanini qətlə yetirdikdən və Sepah-ı terror qrupu elan etdikdən sonra bizə edilən hücumlar 400 faiz artıb”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu dövlət katibi Antonio Blinken Konqresin iclasında çıxışı zamanı deyib.

Blinken son günlərdə baş tutmuş bu iclasda sabiq ABŞ hökumətinin nüvə sazişindən çıxmasını və digər addımlarını tənqid edib.

“Süleymaniyə ağlamırıq, amma bunu da qeyd etmək lazımdır ki, nüvə sazişindən çıxandan sonra, habelə onu öldürəndən və Sepah-ı terror qrupu elan edəndən sonra bizə hücumlar 400 faiz artıb”, - deyə Blinken qeyd edib.
O, həmçinin əlavə edib ki, 2012-ci ildən 2018-ci ilə kimi (yəni Donald Trampa qədər) ABŞ qüvvələrinə İran tərəfindən hücum edilmirdi.

Xəbəri paylaş

VİDEOLAR