Səudiyyənin Xalid hərbi hava bazası yenə Yəmən PUA-ları ilə vuruldu

Səudiyyənin Xalid hərbi hava bazası yenə Yəmən PUA-ları ilə vuruldu

Səudiyyənin Məlik Xalid hərbi hava bazası yenidən yəmənlilərin hədəfinə tuş gəlir.

Rasthaber Azərbaycan xəbər verir ki, "Al Masirah" telekanalının məlumatına görə, Yəmən ordusunun sözcüsü Yəhya Səri ordu və könüllülər tərəfindən bu gün Səudiyyənin Hamis Muşayt bölgəsindəki Məlik Xalid hərbi hava bazasına yenidən PUA-larla hücum həyata keçirildiyini açıqlayıb.
Ordu sözcüsü hücumun "Qəsif K2" tipli PUA-larla edilyini önə çəkib.
Yəhya Səri hərbi hədəflərin tam dəqiqliklə vurulduğunu önə çəkərək, hücumların Yəmən xalqına qarşı hava hücumları və embarqolara cavab olaraq həyata keçirildiyini qeyd edib.
Qeyd edək ki, artıq azı 3-cü dəfədir Məlik Xalid hərbi hava bazası yəmənlilərin hədəfinə tuş gəlir.

Xəbəri paylaş

VİDEOLAR