Səudiyyənin qətlə yetirdiyi yəmənli uşaqların sayı açıqlandı

Səudiyyənin qətlə yetirdiyi yəmənli uşaqların sayı açıqlandı

Qərb və ABŞ tərəfindən dəstəklənən Səudiyyə-BƏƏ koalisiyanın 8 ildə Yəməndə qətlə yetirdiyi və yaraladığı qadın və uşaqların sayı açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, koalisiyanın bu cür dəhşətli cinayətləri davam etdirdiyi qeyd edilib.

Yerli məbələrin məlumatına görə, indiyədək 2 426-si qadın və 3 847-si uşaq olmaqla ümumilikdə 6 273 qadın və uşaq qətlə yetirilib.

Bundan başqa, 2 834 qadın və 4 206 uşaq yaralanıb.

Qeyd edək ki, bu, sözügedən koalisiyanın qadın və uşaqlar, ümumilikdə dinc sakinlər arasında səbəb olduğu ölümlərin bir hissəsidir. Koalisiyanın Yəməni hərtərəfli - hava, quru və dənizdən mühasirəyə alması nəticəsində ölkədə humanitar böhran yaşanmaqdadır, ölkədə milyonlarla insan aclıqdan əziyyət çəkir, onlar ölməmək üçün yarpaq yemək məcburiyyətindədirlər, hər gün çox sayda günahsız insan isə aclıq səbəbi ilə dünyasını dəyişir.

Xəbəri paylaş

VİDEOLAR