Səudiyyəli alimin ailə üzvlərinin həbs müddəti uzadılıb

Səudiyyəli alimin ailə üzvlərinin həbs müddəti uzadılıb

Səudiyyə Ərəbistanının məhkəmə orqanları Səudiyyə ruhanisi Şeyx Səfər əl-Həvalinin uşaqları və qardaşı da daxil olmaqla bəzi Əndişə məhbuslarının həbs müddətini daha on il uzadıb.

Az.rasthaber.com İrna-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəməsi həmçinin Şeyx Səfər əl-Həvalinin qardaşı Şeyx Səid əl-Havalinin cəzasını 4 ildən 14 ilə qaldırıb.

Əl-Aləm əlavə edib ki, Şeyx Səfər əl-Həvalinin ailə üzvləri saxlanarkən ağır işgəncələrə və təhqirlərə məruz qalıblar.

Qeyd edək ki, ailə üzvləri atalarının “Əl-Müslim və Əl-Xizarətül-Qərbiyə” (Müsəlmanlar və Qərb sivilizasiyası) kitabı nəşr olunduqdan sonra həbs ediliblər.

Xəbəri paylaş

VİDEOLAR