Səudiyyəli nazir və BMT-nin baş katibi mülki şəxslərin Sudandan təxliyəsini müzakirə ediblər

Səudiyyəli nazir və BMT-nin baş katibi mülki şəxslərin Sudandan təxliyəsini müzakirə ediblər

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud və BMT-nin baş katibi Antonio Quterreş ordu xüsusi təyinatlılar arasında döyüşlərin davam etdiyi Sudandan mülki əhalinin təxliyəsi prosesini müzakirə ediblər.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “Twitter“ səhifəsində məlumat verilib. 

Telefon danışığı zamanı nazir baş katibi əmin edib ki, Səudiyyə Ərəbistanı Ər-Riyada müraciət etmiş xarici ölkə vətəndaşlarının təxliyyəsini davam etdirəcək. 

Bundan əlavə, tərəflər Sudanda hərbi əməliyyatların dayandırılması, zorakılığın qarşısının alınması və mülki şəxslərin müdafiəsinin təmin edilməsi istiqamətində görülən səyləri müzakirə edib, həmçinin BMT və Səudiyyə Ərəbistanı arasında humanitar əməkdaşlığın bəzi aspektlərini nəzərdən keçiriblər.

Xəbəri paylaş

VİDEOLAR