Səudiyyəli kursant ABŞ-da hərbi bazaya hücum etdi: 3 ölü, 11 yaralı

Səudiyyəli kursant ABŞ-da hərbi bazaya hücum etdi: 3 ölü, 11 yaralı

Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun öldüyünü bildirilib.

Rasthaber Azərbaycan xəbər verir ki,  cümə günü Pensakoladakı Hərbi Hava Stansiyasında insanlara atəş açan şəxs də daxil olmaqla, 3 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Rəsmilər bugünkü hücumun bu həftə ABŞ-ın Floridadakı hərbi bazasında ölümlə nəticələnən ikinci hücum olduğunu deyib.

Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun öldüyünü bildirilib.

Hərbi Dəniz Qüvvələri Bazasının açıqlamasında digər iki nəfər öldürülməsini təsdiq etsə də, əlavə məlumat verməyib.

Bazanın sözçüsü Mayk Börk azı 6 yaralıın Pensakola xəstəxanasında travmotologiya mərkəzində müalicə olunduğunu deyib.

WEAR televiziya kanalı isə xəbər verib ki, 7 nəfər Baptist Xəstəxanasında müalicə olunur.

İsrail mediası hücum edən şəxsin səudiyyəli hərbi ali məktəbin kursantı olduğunu yazıb.

Xəbəri paylaş

VİDEOLAR