Səudiyyənin rəsmi xəbər agentliyi məlumat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanı koronavirusa görə, Həcc və Ümrə ziyarətlərinin qadağan edilməsindən sonra yeni bir qərarla mərhələli şəkildə ziyarətlərə icazə verəcək.
Qeyd olunur ki, 4 oktyabrdan sonra gündə 6 min zəvvarın koronavirusla bağlı bütün tədbirlərə əməl etməklə ziyarətinə icazə veriləcək. 18 oktyabrdan sonra isə tədrici olaraq bu say artılacaq.
Noyabr ayında isə xarici ölkələrdən Ümrə zəvvarlarının ziyarətinə icazə verilməsi nəzərdə tutulur.