Səudiyyədən bəyanat: İsrail məsuliyyətə cəlb edilməlidir

Səudiyyədən bəyanat: İsrail məsuliyyətə cəlb edilməlidir

Səudiyyə Ərəbistanın Nazirlər Kabineti beynəlxalq ictimaiyyəti Əl-Əqsa məscidində zorakılıq və hüquq pozuntularına görə, habelə bu addımların Yaxın Şərqdə sülh prosesinə mənfi təsir göstərməməsi üçün İsraili məsuliyyətə cəlb etməyə çağırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bəyanatda deyilir ki, kral Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən iclasda bölgədə və dünyada baş verən son hadisələr, xüsusilə də Fələstin ərazilərində və əl-Əqsa məscidinə hücum müzakirə edilib.

Bəyanatda dünya ictimaiyyətinə İsrailin məsuliyyətə cəlb edilməsi üçün çağırış edilib.

Həmçinin Səudiyyə Ərəbistanın Nazirlər Kabitenin iclasında Ukraynadakı hadisələr müzakirə edilib, rəsmi ər-Riyadın böhranın siyasi həllinə aparan, təhlükəsizlik və sabitliyə nail olacaq səyləri dəstəklədiyi səsləndirilib.

Qeyd edək ki, bundan öncə İordaniya və BƏƏ də əl-Əqsa məscidindəki zorakı addımlara görə İsrailin səfirini XİN-ə çağırıblar.

Xəbəri paylaş

VİDEOLAR