Səudiyyə rəsmiləri, Səudiyyə Milli Qvardiyasının yüksək rütbəli bir zabitinin və iki təqaüdçü məmurunun korrupsiya ittihamı ilə həbs olunduğunu açıqlayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının bir rəsmisi Milli Qvardiya Nazirliyinin əməkdaşlığı ilə istefada olan general-mayor və bu təşkilatın digər iki əməkdaşı yerli və xarici şirkətlərdən nağd pul aldıqları üçün həbs olunduğunu elan edib.
Məlumata görə, Səudiyyə Ərəbistanı generalı bir Avstriya şirkətindən təqribən 20 milyon 500 min Səudiyyə rialı alıb, bunun bir hissəsi nağd, digər hissəsi öz adına daşınmaz əmlak olub ki treyderlərin İnvestisiya etmələri üçün köçürülüb.
Qeyd edək ki, bir müddət əvvəl də Səudiyyədə yüksək rütbəli məmurların həbsilə bağlı məlumat yayılmışdı.