Səudiyyədə müxaliflərin qaçırılması adi hal alıb - HESABAT

Səudiyyədə müxaliflərin qaçırılması adi hal alıb - HESABAT

İnsan haqları təşkilatı öz hesabatında Səudiyyə rejiminin müxalifət üzvlərinin qaçırılmasının sistemli hala keçməsini qeyd edərək, bu halların baş verməsini tənqid edib.

SANAD insan haqları təşkilatı öz hesabatında, Səudiyyə rejimi tərəfindən müxalifət üzüvlərinin qaçırılmasını araşdırıb və bu məsələni Ər-Riyadın rəsmi siyasəti adlandırıb.

Rasthaber İran mediasına istinadən verdiyi xəbərə görə, “Saudi Leaks” veb-saytının yazdığına görə, hesabatda müxalifət üzüvlərin qaçırılmasının bəzi təhlükəsizlik qüvvələri və ya səlahiyyətlilər tərəfindən özbaşına törədilmiş hərəkət deyil, sistemli proses olduğu bildirilir. Səudiyyə rejimində təhlükəsizlik qüvvələri tərəfindən zorla qaçırılmayan məhbus yoxdur. Bu günə qədər qaçırılan 60 insan haqları müdafiəçisi barədə heç bir xəbər yoxdur, onların adları beynəlxalq təşkilatların siyahısında yoxdur. Səudiyə rejiminin səlahiyyətliləri qaçırılan insan haqları müdafiəçilərini gizli yerdə saxlayır. Məhəmməd bin Salmanın (MBS) hakimiyyəti dövründə müxalifət üzvlərin qaçırılması, Səudiyyə rejiminin sərhədləri xaricində də baş verir.

Xəbəri paylaş

VİDEOLAR