Səudiyyədə 5 gənc edama məhkum edilib

Səudiyyədə 5 gənc edama məhkum edilib

Hal-hazırda Səudiyyə həbsxanalarında saxta ittihamlarla 21 azyaşlı məhbus saxlanılır.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, bəzi xəbər mənbələri həbsxanada olan 21 Səudiyyə gəncindən beşinin ölüm cəzası ilə üz-üzə qaldığını açıqlayıb.

Bu arada, Səudiyyə rəsmiləri 2020-ci ildə kral fərmanlarının bir hissəsi olaraq gənc cinayətkarlar üçün ölüm cəzasını ləğv edəcəklərini açıqlamışdılar.

Bir çox beynəlxalq insan haqları təşkilatları Səudiyyə qanunlarındakı boşluqların bu ölkənin hakimlərinə uşaqlara ölüm hökmü çıxarmağa davam etməsinə imkan verməsindən narahatlığını ifadə edib.

Qeyd edək ki, hal-hazırda Səudiyyə həbsxanalarında saxta ittihamlarla 21 azyaşlı məhbus saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR