Səudiyyədə 20 şahzadə koronavirusa yoluxub

Səudiyyədə 20 şahzadə koronavirusa yoluxub

Bu haqda Səudiyyənin sabiq kəşfiyyat rəsmisi açıqlama verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ərəbistan kəşfiyyat orqanının keçmiş rəisi azı 20 səud şahzadəsinin koronavirusa yoluxmasından xəbər verib.

Ərəbistan kəşfiyyat orqanının keçmiş rəisi Turki Əlfeysəl "Əl-Şərqulavsat" qəzetində dərc olunmuş «Koronavirus xatirələri-2» adlı məqaləsində iddia edib ki, azı 20 səud şahzadəsi koronavirusa yoluxub.

Nyu-York Tayms qəzeti aprelin əvvəllərində təqribən 150 səud şahzadəsinin koronavirusa yoluxmasından, onlar və digər rəsmilərin müalicəsi üçün "Məlik Feysəl" ixtisaslaşdırılmış xəstəxanasında yerləşdirilməsini yazmışdı.

Ərəbistan səhiyyə nazirliyinin məlumatına görə, bu günədək bu ölkədə 21 min nəfərdən çox insan koronavirusa yoluxub və 157 nəfər də bu virusa yoluxma nəticəsində həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR