Yəmənin Milli Neft Şirkəti bu ölkədən yanacaq daşıyan daha bir gəminin təcavüzkar Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Milli Neft Şirkəti cümə axşamı gecəsi Səudiyyənin hücum koalisiyasının Yəmənə yanacaq daşıyan “Lady Sara” adlı gəmini ələ keçirdiyini açıqlayıb.
Yəmən Milli Neft Şirkətinin açıqlamasına görə, bu gəminin BMT-dən icazəsi var.
Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə koalisiyası Yəmənin daha bir neft tankerini ələ keçirmişdi.
Yəmənin Milli Neft Şirkəti bu ölkədə ələ keçirilən gəmilərin sayının 3-ə çatdığını açıqlayıb və əlavə edib ki, təcavüzkar Səudiyyə koalisiyası və BMT dəniz quldurluğunun davam etdirilməsi və Yəmənin neft məhsullarının ələ keçirilməsinə görə tamamilə məsuliyyət daşıyır.