Yəmənin Səhiyyə nazirliyi məlumat yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmənin Səhiyyə nazirliyinin bildirdiyinə görə, Səudiyyə rejiminin koalisiyası və muzdlularının Hudeyda vilayətinin Əl-Marava bölgəsindəki Əl-Qais kəndindəki hücumları vaxtı atdıqları bombanın partlaması nəticəsində ən azı üç uşaq həlak olub.
Məlumata görə, hücum zamanı biri qadın olmaqla üç nəfər də yaralanıb.
Qeyd edək ki, Yəməndə indiyə qədər yüzlərlə insan Səudiyyə rejiminin istifadə etdiyi qadağan olunmuş bombaların qurbanı olub.