Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin Səna əyalətindəki xəstəxana ərazisini bombalayıb.
Az.rasthaber.com xəbər verir ki, tibbi müəssisə Sənanın cənubunda yerləşir.
Hücum nəticəsində əl-Savad rayonundakı sözügedən xəstəxana zərər görüb.
Bundan başqa, koalisiyanın əl-Hudəydadakı Beyt Şuəyb kəndinə hücumu zamanı da 2 dinc sakin həyatını itirib.
Qeyd edək ki, son günlərdə işğalçı koalisiyanın hava hücumlarının və bunun da nəticəsində mülki əhali arasındakı itkilərin sayı artıb.