Səudiyyə Yəməndəki xərcəng xəstələrinə göndərilən tibbi məhsulların ölkəyə girişinə qadağa qoyub
Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Yəməndəki hər an ölümlə üz-üzə olan xərcəng xəstələrinə göndərilən tibbi məhsulların ölkəyə girişinə qadağa qoyub.
Al Mayadeen telekanalının xəbərinə görə, Yəmən Səhiyyə naziri Tha Mütəvəkkil Səudiyyə koalisiyasının Yəməndə xərçəng xəstələrinin müalcəsi üçün istifadə olunan cihazların idxalına maneə yaratdığını bildirib.
Səudiyyə koalisiyasının bu cihazları hərbi məqsədlə istifadə olunduğunu dilə gətirən Mütəvəkkil, işğalçıların Yəməndə 600-dan çox səhiyyə müəssisəsini hədəf aldığını önə çəkərək, bunun “müharbə cinayəti” olaraq dəyərləndirib.
Mütəvəkkil, həmçinin açıqlamasında hər il minlərlə uşağın öldüyünü bildirib.