Səudiyyə Yəməndə günahsız insanları öldürməyə davam edir

Səudiyyə Yəməndə günahsız insanları öldürməyə davam edir

Yəmən mənbələri yanvar ayında Hudeydə, Səna, Cəvf və Səada əyalətlərində 14 nəfərin öldürüldüyünü, 16 nəfərin isə yaralandığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin minalardan təmizlənməsi üzrə icra mərkəzi elan edib ki, Səudiyyə koalisiyasına aid döyüş sursatlarının qalıqları Hudeydə, Səna, Cəvf və Səada əyalətlərində can almağa davam edir, yanvar ayında 14 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu mərkəzin hesabatına görə, bu qurbanların yarısı uşaqlardır və fevralda son üç gündə 10-dan çox insan yaralanıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının izləməsinə baxmayaraq, bu günə qədər Səudiyyə koalisiyası mina detektorlarının və digər döyüş sursatlarının idxalına icazə vermir.

Xəbəri paylaş

VİDEOLAR