Səudiyyə Yəmən neft tankerlərinə əl qoydu

Səudiyyə Yəmən neft tankerlərinə əl qoydu

Yəmən Neft Şirkəti Səudiyyənin bir neçə neft gəmisinə əl qoyması ilə bağlı bəyanat yayıb

Rasthaber Azərbaycanın xəbərinə görə, Yəmən neft firmasının yayımladığı bəyanatda Səudiyyə Koalisiyasının bu günə qədər Yəmənin hərəkətdə olan 8 neft tankeri - gəmisini ələ keçirməsini bildirib.

Məlumata görə, ələ keçirilən gəmilərdə 88 min benzin və 128 min ton mazut daşınırmış.

Yəmən Neft Şirkəti bu gəmilərin BMT tərəfindən Hudeydə limanına giriş izni verildiyini də qeyd edib.

Səudiyyə neft gəmiləri və tankerlərinə əl qoymaqla Yəmən vətəndaşlarını sıxıntıya salmaq, daha çox problem yaşamalarını istəyir.

Bu arada, Yəmən güclərinin Səudiyyəyə aid casus PUA-sını vurması ilə bağlı da xəbərlər yayılıb.

Xəbəri paylaş

VİDEOLAR