Səudiyyə və Küveyt ortaq qaz yatağının işlənilməsilə bağlı İrana çağırış edib

Səudiyyə və Küveyt ortaq qaz yatağının işlənilməsilə bağlı İrana çağırış edib

Səudiyyə Ərəbistanı ilə Küveyt arasında əd-Durra (Arəş) yatağında qazıntıların başlaması ilə bağlı ikitərəfli razılaşmadan sonra, İran da yeni addıma əl atıb. Ərəb dövlətləri İrana çağırış ediblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın neft naziri, Küveyt və Səudiyyə Ərəbistanı ilə ortaq Arəş qaz yatağında tezliklə qazma əməliyyatlarına başlayacaqlarını bildirdikdən sonra iki ərəb dövləti də rəsmi Tehrana çağırış edib.

Səudiyyə Ərəbistanı və Küveytin birgə bəyanatında bildirilib ki, tərəflər əd-Durra yatağının işlənilməsi və istismarı istiqamətində addımları sürətləndirəcəklər.

Eyni zamanda bu bəyanatda yatağın şərq hissəsinin birgə işlənilməsi ilə bağlı İranla danışıqlar təklif edilib.

Xatırladaq ki, İran bundan öncə Fars körfəzində Arəş qaz yatağında Səudiyyə Ərəbistanı ilə Küveyt arasında birgə qaz hasilatı ilə bağlı razılaşmanın qeyri-qanuni olduğu barədə xəbərdarlıq etmişdi.

İran tərəfi bildirib ki, həmin Arəş qaz yatağı İran, Küveyt və Səudiyyə Ərəbistanının ortaq yatağıdır. Onun bir hissəsi İran və Küveyt arasında su sərhədləri müəyyən edilməmiş ərazilərdə yerləşir. Arəş yatağından gündə 1 milyard kub fut qaz və 84 min barel kondensat hasil ediləcəyi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR