Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə qarşı təcavüz və işğalını davam etdirir.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, koalisiyanın Yəmən paytaxtı Səna şəhərinə son hücumu zamanı beynəlxalq hava limanı hədəf alınıb və nəticədə hava limanı sıradan çıxarılıb.
Bu barədə Yəmən Mülki Aviasiya İdarəsinin başçısı Raid Cəbəl bildirib.
Onun sözlərinə görə, işğalçı qüvvələrin hava zərbələri Yəmən əhalisi üçün nəzərdə tutulan humanitar yardımın tədarükü yollarını bloklayır, BMT və beynəlxalq təşkilatların missiyalarına mane olur.
Cəbəl BMT-ni Səna hava limanına edilən sistematik hava zərbələrinin qarşısının alınması üçün təcili addımlar atmağa çağırıb.