Səudiyyə əsirlikdəki husilərdən 163 nəfəri sərbəst buraxacaq

Səudiyyə əsirlikdəki husilərdən 163 nəfəri sərbəst buraxacaq

Səudiyyə Ərəbistanı atəşkəs razılaşması çərçivəsində qarşıda gələn günlər ərzində husilərin döyüşçülərindən 163 nəfəri sərbəst buraxacağını bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə rəsmi ər-Riyad Qırmızı Xaç Cəmiyyətinə məlumat verib.

Qeyd edək ki, husilər cari həftənin əvvəlində aralarında 12 xarici məhbus olmaqla 42 nəfəri sərbəst buraxıblar.

Tərəflər bir aydır ki, atəşkəs rejiminə daxil olublar.

Lakin husilər atəşkəs razılaşmasının şərtlərindən olan paytaxtın hava limanından uçuşların həyata keçirilməsinə hələ də icazə verilmədiyini bildirir və atəşkəsin pozulacağı ilə bağlı xəbərdarlıq ediblər.

Xəbəri paylaş

VİDEOLAR