Səudiyyə səfiri terrorçulara dəstəklə bağlı Danimarka XİN-ə dəvət edildi

Səudiyyə səfiri terrorçulara dəstəklə bağlı Danimarka XİN-ə dəvət edildi

Bu haqda çərşənbə günü Avropa ölkəsinin xarici işlər nazirliyinin rəsmi açıqlamasında məlumat dərc edilib

 Rasthaber Azərbaycan mehr-ə istinadən xəbər verir ki, Danimarka XİN "Al Ahvaziya" terror qruplaşmasının İran torpaqlarında terror hücumlarını həyata keçirməsilə bağlı rolu və Riyadın terror liderlərinə verdiyi maliyyə dəstəyinə görə, Səudiyyə Ərəbistanının Kopenhaqdakı səfirini nazirliyə çağırıb.

11 sentyabrd 2018-ci ildə İranın Əhvaz şəhərində hərbi paradda bu qruplaşma terror aktı həyata keçirmişdi. Hücumda 24 nəfər dünyasını itirmiş, 60 nəfər isə yaralanmışdı.

Bu hücumu "Al Ahvaziya" terror qruplaşması rəsmən öz üzərinə götürmüşdü.

Terror hücumundan sonra İran İnqilab Keşikçiləri Korpusunun sözcüsü general Ramazan Şərif, bu qruplaşmanın Səudiyyə Ərəbistanından dəstəkləndiyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR