Səudiyyə rejimindən Şiələrin yaşadığı bölgələrdə təxribat - VİDEO

Səudiyyə rejimindən Şiələrin yaşadığı bölgələrdə təxribat - VİDEO

Səudiyyə Ərəbistanının rejimi yenidən Qəif şəhərində təxribat hərəkətlərinə əl atıb

Rasthaber Azərbaycan xəbər verir ki, Miratul Cəzirə internet qəzetinin yazdığına görə, Vəhabi və sələfilərdən ibarət "Yaxşılığa dəvət, pislikdən çəkindirmə" qurumu şiələrin yaşadığı bölgələrə maşın karvanı ilə daxil olublar.

Onlar bir müddətdir ki, bin Salmanın bu qurumu "Məsul İdarə" adını qoymasından sonra Qətifə daxil olmurdular.

Lakin oktyabrdan sonra ilk dəfə vəhabi və sələfilərdən ibarət "din polisi" adlandırılanların Qətifə girmələri, insanlarda narahatçılıq, müxaliflərdə isə etirazlara səbəb olub.

Tanınmış müxalif Fuad İbrahim bu karvanı ələ salaraq ""Yaxşılığa dəvət, pislikdən çəkindirmə"  konvoyu Qətifə gələrək buranın sakinlərini İslama geri qaytardı", -deyə sarkazmlı ifadələrdən istifadə edib.

Halas hərəkatının liderlik komitəsinin üzvü Həmzə Əl-Hassan isə "Bin Salman rejiminin hələ də radikallığa ehtiyacı var", deyərək, səudiyyə rəsmilərini Qətif əhalisinin problem və istəklərinə etina etmədiyini və vəhabizm təlimlərini yaydığını bildirib.

Qeyd edək ki, son zamanlar Səudiyyə şiələrə qarşı təzyiqlərini artırıb və bir müddət öncə İmam Hüseyn (ə) məscidini darmadağın etmişdi.

Xəbəri paylaş

VİDEOLAR