Səudiyyə Ərəbistanının Yəmənə hava hücumları artıb

Səudiyyə Ərəbistanının Yəmənə hava hücumları artıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələrinin Yəmənin qərbindəki Hudeyda əyalətinə hava və artilleriya hücumları artmaqda davam edir.

Az.rasthaber.com xəbər verir ki, “Əl-Məsirə” telekanalının məlumatına görə, ərəb koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Hudeyda əyalətinə hava zərbəsi endirib.

Xəbərdə işğalçı koalisiyaya aid kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) casusluq məqsədi ilə “Əl-Cəbəliyə” və “Hays” üzərində uçuşlar etdiyi bildirilib.

Əl-Cəbəliyə və Hays bölgələrinin Səudiyyə koalisiyasının artilleriyasının hədəfində olduğu qeyd edilib.

Xatırladaq ki, aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs oktyabrın 2-də başa çatıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR