Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Nazirlər Kabinetinin üzvlərindən ibarət nümayəndə heyəti ilə Yunanıstana rəsmi səfər edib.
Az.rasthaber.com xəbər verir ki, Mitsotakis ilə bin Salman arasında baş tutan ikitərəfli görüşdən sonra iki ölkənin nümayəndə heyətləri bir araya gəlib.
Danışıqlar zamanı yaşıl enerji sahəsində əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanının Yunanıstan üzərindən Avropaya elektrik nəqli imkanları müzakirə edilib.
İki ölkə arasında enerji, müdafiə, investisiya, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanıb.
Səfər çərçivəsində iki ölkənin müvafiq qurumlarının nümayəndələri də Səudiyyə Ərəbistanı və Yunanıstan vasitəsilə Asiya ilə Avropa arasında məlumat ötürülməsini təmin etmək məqsədi daşıyan “Şərqdən Mediyaya Məlumat Dəhlizi”, sualtı kabel bağlantısı layihəsi üçün imza atıblar. .