Səudiyyədə vaksin vurdurmayanlar ticarət mərkəzinə girə bilməyəcəklər
Səudiyyə Ərəbistanında yeni tip koronavirus (Covid-19) peyvəndi etdirməyənlərin avqust ayından etibarən ticarət mərkəzlərinə girməsinə icazə verilməyəcək.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Dövlət televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı Ticarət Nazirliyinin qərarına əsasən, ölkədə 1 avqustdan başlayaraq ticarət mərkəzlərinə girə bilmək üçün ən az 1 doza peyvənd vurulmalıdır.
Qeyd edək ki, ölkədə bu zamana qədər peyvəndetmə kampaniyasında 15,7 milyon doza peyvənd edilib.