Səudiyyə Əyləncə İdarəsinin dəstəyi ilə Ər-Riyadda keçirilən “Halloween” mərasiminin fotolarının yayımlanması sosial mediada böyük hiddətə səbəb olub.
Az.rasthaber.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Ər-Riyadda keçirilən “Halloween” bayramına öz reaksiyalarını bildiriblər:
"Qərblilər bu cür bayramlar keçirməklə əylənirdilər, lakin müsəlman ölkələrinin öz İslami adət və ənənələri olduğu üçün belə bir şeyi qeyd etməsi qəbuledilməzdir".
Bir çox istifadəçi həmçinin bildirib ki, Ər-Riyadda Hellouin bayramının qeyd olunması Səudiyyə Ərəbistanının əyləncə şurası sayəsində ənənəni pozmaq üçün ən pis cəhd olub.
Tənqidçilər qısa olaraq belə bildiriblər:
“Ən böyük problem odur ki, bu aksiya rəsmi dəstəklə həyata keçirilib və heç bir alim və ya ictimaiyyət bunu qınaya bilməz”.
Minlərlə digər istifadəçi də Hellouin tədbirini pisləyib, Qərbi kor-koranə təqlid etməyin yolverilməz olduğunu bildirib.