Səudiyyə Ərəbistanı Yəmənə artilleriya hücumu edib

Səudiyyə Ərəbistanı Yəmənə artilleriya hücumu edib

Səudiyyə Ərəbistanı ordusunun Yəmənin şimalında sərhəddə yerləşən Şada qəsəbəsinə təşkil etdiyi artilleriya hücumu nəticəsində 1 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin şimal bölgələri son günlər Səudiyyə Ərəbistanının ağır artilleriya hücumuna məruz qalıb.

“Əl Məsirə” telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanı ordusu ötən gün artilleriya zərbələri ilə Saada vilayətinin sərhəddəki Şada qəsəbəsini hədəfə alıb.

Hücum nəticəsində bir mülki vətəndaş həyatını itirib, 2 yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs oktyabrın 2-də başa çatıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR