Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açacaq

Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açacaq

ABŞ Prezidenti Baydenin Yaxın Şərqə səfərindən sonra Səudiyyə Ərəbistanı hava məkanını İsrail rejimi və oradan uçan bütün kommersiya reysləri üçün açacaq.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, rəsmi Ər-Riyad bu həftə hava məkanını açacağını elan edəcək.

Baydenin İsraildən belə reyslərdən biri ilə Səudiyyə Ərəbistanına yolla düşəcəyi gözlənilir.

Bayden İsrail rejimi ilə krallıq arasında daha sıx əlaqələrin yaranacağına ümidvar olduğunu bildirib: “İki ölkə arasında münasibətlərin tamamilə normallaşması uzun çəkəcək”.

Qeyd edək ki, ötən ay “The Jerusalem Post” Səudiyyə Ərəbistanı ilə İsrail arasında yerləşən iki strateji Tiran və Sanafir adalarına İsrail təyyarələrinin krallıq səmasından uçaraq getməsinə dair razılaşmanın olacağı haqqında məlumat yaymışdı. Məlumata görə, Qırmızı dənizin strateji adaları olan Tiran və Sanafir üzərində suverenlik Misirdən Səudiyyə Ərəbistanına veriləcək və bunun qarşılığında krallıq İsrail aviaşirkətlərinə bu ölkənin hava məkanı üzərindən uçuşlara icazə verəcək.

Xəbəri paylaş

VİDEOLAR