Səudiyyə Ərəbistanı 9 ildən sonra Liviyadakı səfirliyini yenidən açıb

Səudiyyə Ərəbistanı 9 ildən sonra Liviyadakı səfirliyini yenidən açıb

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndə heyəti bu ölkənin Tripolidəki səfirliyinin 9 illik fasilədən sonra yenidən açılması üçün lazımi hazırlıqları görmək üçün Liviyanın paytaxtına gedib.

Az.rasthaber.com xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:

"Xarici İşlər Nazirliyinin İnzibati və Maliyyə Məsələləri İdarəsinin rəisi Rəşid Əbu Qufa və Ərəb İşləri İdarəsinin rəisi Xəlifə əl-Qayədi, Mitiqa Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ərəb və Afrika ölkələri üzrə baş direktor müavini Abdullah Bin Fəhad əl-Şəmmarinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı nümayəndə heyətini qarşılayıb.

Səudiyyə nümayəndə heyətinin bu səfəri Ər-Riyadın Tripolidəki səfirliyinin yenidən açılması üçün lazımi hazırlıqların görülməsi məqsədilə edilib”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hakimiyyəti 2014-cü ildə ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Ər-Riyadın Tripolidəki səfirliyini bağlamaq qərarına gəlib.

Xəbəri paylaş

VİDEOLAR