Səudiyyə Ərəbistanının apellyasiya məhkəməsi HƏMAS-ın yüksək rütbəli üzvü Məhəmməd Xadrinin cəzasını 15 ildən üç ilədək azaldıb.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının apellyasiya məhkəməsi HƏMAS İslami Müqavimət Hərəkatının yüksək rütbəli üzvü Məhəmməd Xadiriyə qarşı yeni hökm çıxarıb.
Hökmə müvafiq olaraq Xadriyə verilən cəza 15 ildən 3 ilə endirilib.
Məlumata görə, Məhəmməd Xadirinin üç illik həbs müddəti gələn il yanvarda başa çatacaq. Məlumatlı mənbələr Səudiyyə Ərəbistanının Apellyasiya Məhkəməsinin də bir sıra fələstinli məhbuslar üçün yeni hökmlər çıxardığını bildirib. Bununla bağlı saxlanılan bəzi şəxslərin cəzası təsdiqlənib, bəzilərinin cəzası artırılıb, bəzilərinin isə yüngülləşdirilib.