Səudiyyə Livan səfirinə 48 saat vaxt verdi - SƏBƏB

Səudiyyə Livan səfirinə 48 saat vaxt verdi - SƏBƏB

Səudiyyə Ərəbistanı hakimiyyəti ər-Riyaddakı Livan səfiri Fəuzi Kəbbarın ölkəni tərk etməsini tələb edib.

Qeyd edək ki, bu qərar Livanın informasiya naziri Corc Kərdahinin Yəmənlə bağlı açıqlamasından sonra qəbul edilib. O, 5 avqustda – hələ nazir təyin edilməmişdən 1 ay öncə verdiyi müsahibədə Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəmənə qarşı siyasətini pisləyib, Husilərə dəstəyini ifadə edib.

Az.rasthaber.com SPA-ya istinadən xəbər verir ki, Səudiyyə XİN-in məlumatına əsasən, livanlı diplomata krallıq ərazisini tərk etmək üçün 48 saat vaxt verilib.

Bundan başqa, rəsmi ər-Riyad Livandan kənd təsərrüfatı məhsullarının idxalının tam dayandırılmasına dair qərar da qəbul edib.

Krallığın Beyrutdakı səfiri Valid əl-Buxari də geri çağırılıb.

Bəzi mənbələrə görə, Livana qarşı oxşar addımı bir sıra digər ərəb ölkələri də ata bilər.

Xəbəri paylaş

VİDEOLAR