Səudiyyə koalisiyası Yəmən yanacağı daşıyan 2 gəmini ələ keçirib

Səudiyyə koalisiyası Yəmən yanacağı daşıyan 2 gəmini ələ keçirib

Yəmənin Dəniz Milli Neft Şirkəti bu ölkəyə məxsus yanacaq daşıyan iki gəminin təcavüzkar Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Milli Neft Korporasiyası cümə axşamı gecəsi Səudiyyənin hücum koalisiyasının Yəmən xalqı üçün yanacaq daşıyan "Fos Energy" və "Princess Halima" adlı iki gəmini ələ keçirdiyini açıqlayıb.

Yəmən Milli Neft Şirkətinin açıqlamasına görə, bu 2 gəmi əvvəllər beynəlxalq yoxlamadan keçib.

Son 7 ildə Yəmən təcavüzkar Səudiyyə koalisiyasının çoxşaxəli mühasirəsinə görə ciddi yanacaq, ərzaq və tibbi avadanlıq çatışmazlığı ilə üzləşib.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir çox digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə hərbi hücumlar təşkil edərək, ölkəni qurudan, dənizdən və havadan blokadaya alıb.

Xəbəri paylaş

VİDEOLAR