Səudiyyə Koalisiyası Sanada mülkü vətəndaşları hədəfə aldı

Səudiyyə Koalisiyası Sanada mülkü vətəndaşları hədəfə aldı

Sananın cənubunda olan Attan və ən-Nahdin dağlatındakı məzi mövqelər Səudiyyə Ordusu tərəfindən bombalanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Milli Qurtuluş hökümətinin sözcüsü, Zeyfullah əş-Şami hücumlara reaksiyanda qeyd edib ki,  Səudiyyə düşmənin nə zaman sülhdən söz edərsə mülki vətəndaşlara qarşı hücumlarını artırır.

Əş-Şami Səudiyyə Koalisiyasının hücumlarının BMT işçilərini belə hədəf alırsa yenə BMT-nin və təmsilçisi Martin Grifitsin Səudiyyə cinayətlərini ört-basdır etməyə çalışacaqlarını bildirib.

Sana, Səədə və əl-Hueydədə mülkü vətəndaşların hədəf alınmasının “müharibə cinayəti”nin bariz nümunəsi olduğuna diqqət çəkərək, Sana hökümət sözcüsü bunun koalisiyanın döyüşə son vermək istəmədiyi mənasını verdiyini ifadə edib.

Bu arada Ənsarullah hərəkatı liderlərindən Məhəmməd əl-Bahiti də Səudiyyə hücumlarına reaksiya olaraq çox ağır bir cavab zərbələri həyata keçirəcəklərini deyib.

Yəmən Ordusunun sözcüsü Yəhya Səri bazaar günü bir açıqlama verərək, Yəmən Ordusunun raket və hava hücumu ilə Səudiyyənin hərbi və strateji əhəmiyyətə malik iqtisadi nöqtələrinə qarşı əməliyyat həyata keçirdiyini açıqlamış, vəhabi krallığın hücumları davam edəcəyi təqdirdə daha ağır nəticələr doğuracaq yeni əməliyyatlara start verəcəyini önə çəkmişdi.

Xəbəri paylaş

VİDEOLAR