Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib ki, ölkəsi İranla müzakirələrdə ciddidir.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Feysəl bin Fərhan İranla ikitərəfli müzakirələrin irəliləyişindən danışıb.
Tehran-Ər-Riyad müzakirələrinin davamına işarə edən Fərhan bildirib ki, ölkəsi bütün sahələrdə İranla əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsini istəyir.
Ərəbistanın Ələxbariyyə telekanalı da keçən həftə xəbər vermişdi ki, regionda sabitliyə gətirib çıxaracaq Tehran-Ər-Riyad birbaşa müzakirələri cərəyan edir.
Bundan əvvəl də Ərəbistan vəliəhdi Məhəmməd bin Salman bildirmişdi ki, Ər-Riyad Tehranla özəl və yaxşı əlaqələr tərəfdarıdır.