Səudiyyə ancaq bu şirkətin vaksinlərini vurduranları Həccə buraxacaq

Səudiyyə ancaq bu şirkətin vaksinlərini vurduranları Həccə buraxacaq

Səudiyyə Ərəbistanında əhalinin “Pfizer” və Oksford-“AstraZeneca” vaksinləri ilə vaksinasiyası davam edir.

Rasthaber Azərbaycan xəbərinə görə, yerli mətbuat bildirir ki, ölkə rəhbərliyi həcc mərasimində işləyəcək könüllü və işçilər, həmçinin bütün zəvvarlar üçün məcburi vaksinasiya qaydasını tətbiq etməyi planlaşdırır.

Yerli və xarici zəvvarlar 2 doza vaksin vurmalıdırlar. Üstəlik yalnız ÜST-ün təsdiq etdiyi peyvəndlər hesaba alınacaq.

Səudiyyə Ərəbistanına gələnlər gəlişdən ən azı 1 həftə öncə vaksinasiya olunmalıdırlar və gəlişdən 72 saat öncəyə aid mənfi test nəticəsi təqdim etməlidirlər.

Həmçinin xarici zəvvarlar üçün ölkəyə gəliş zamanı 72 saatlıq karantinin tətbiqi də istisna edilmir.

Xəbəri paylaş

VİDEOLAR