Sudanda qəbilələr arasında toqquşma: 12 kənd yandırıldı

Sudanda qəbilələr arasında toqquşma: 12 kənd yandırıldı

Sudanın qərbində yerləşən Cənubi Darfur əyalətində tayfalar arasında toqquşmalarda 12 nəfər ölüb, 42 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Darfur bölgəsi üzrə Qaçqın və Sığınacaq Axtaranların Baş Koordinatorluğundan verilən açıqlamaya görə, əyalətdə başlayan qəbilə qarşıdurmaları nəticəsində 12 kənd yandırılıb.

Hadisələrdə 12 nəfər həyatını itirib, aralarında uşaq, qadın və qocaların da olduğu 42 nəfər yaralanıb.

Yüzlərlə ailə Cənubi Darfurun digər bölgələrinə köçməli olub.

Cənubi Darfur valiliyi hadisələrin baş verdiyi Belil bölgəsində fövqəladə vəziyyət və komendant saatı elan edib.

Xəbəri paylaş

VİDEOLAR