Cənubi Sudanda təcili humanitar yardıma ehtiyacı olan şəxslərin sayı 8,3 milyon nəfərə çatıb.
Rasthaber Azərbaycan “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası İdarəsindən bildiriblər.
Məlumatda deyilir ki, Sudanda vəziyyətin pisləşməsinə əsas səbəblər davam edən daxili münaqişə, koronovirus pandemiyası və iqlimin dəyişməsidir. Qeyd olunan səbəblərə görə 2013-cü ildən başlayaraq 4 milyona yaxın insan evini tərk edib.
“Aclıq vüsət alır. Proqnozlara əsasən, 2021-ci ildə 7,2 milyon insan qida təhlükəsizliyi sahəsində ciddi problemlərlə üzləşəcəklər. Bəzi icmalarda bu problemin səviyyəsi fəlakətə gətirib çıxara bilər”, – BMT xəbərdarlıq edib.