Bir qrup etirazçı Sudanın şimal-şərqindəki Port Sudan şəhərindəki hava limanının fəaliyyətini dayandırıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, etirazçılar uçuş-enmə zolağına daxil olaraq, təyyarələrin qəbulu və göndərilməsinə mane olublar.
Məlumata görə, daxili və beynəlxalq uçuşların dayandırılması hava limanında böyük sıxlığa səbəb olub.
Xatırladaq ki, Sudanın Qərbi Darfur bölgəsində qəbilə və tayfalar arasında 2003-cü ildən bəri davam edən silahlı toqquşmalarda 300 mindən çox insan həlak olub, 2,5 milyon nəfər dinc sakin evlərini tərk edib.