Bu barədə Sudan dövlət televiziyası məlumat yayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Sudanın paytaxtı Xartumda bir qrup hərbçi tərəfindən uğursuz çevriliş cəhdi törədilib.
Bu barədə Sudan dövlət televiziyası məlumat yayıb.
Dövlət televiziyaları və radiokanalları təcili xəbərləri vermək və əhalini üsyan cəhdinə qarşı mübarizəyə səsləmək üçün yayımı kəsib.
Rəsmi mənbələrdən qeyd edilir ki, Omdurman rayonunda bir qrup hərbi qulluqçu hərbi nəqliyyat vasitələrini ələ keçirib.
Silahlı Qüvvələrin komandanlığı və həmçinin ölkəni idarə edən Sudan Suveren Şurasının təmsilçisi Məhəmməd əl-Fəqi Süleyman sosial şəbəkə üzərindən bəyan edib ki, vəziyyət nəzarət altındadır və o, həmvətənlərini ölkənin və keçid dövrünün müdafiəsinə çağırıb.