Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir məlumat verib.
Rasthaber xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Sudan və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılığın əldə edildiyini elan edib.
Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir məlumat verib.
Qeyd edək ki, bununla Sudan da İsraillə münasibətləri normallaşdıran ərəb dövlətləri sırasına qoşulub.
Xatırladaq ki, daha öncə BƏƏ və Bəhreyn ilə İsrail arasında ABŞ münasibətlərin normallaşdırılması sazişi imzalanıb.
Bu addım Fələstin və müsəlman dünyasında mənfi qarşılanıb.