Səud koalisiyası Yəmənə hava hücumları etdi

Səud koalisiyası Yəmənə hava hücumları etdi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi və Qərb tərəfindən dəstəklənən koalisiya son sutka ərzində Yəmənin paytaxtı Sənanın Bəni Mətar rayonuna 2 dəfə hava hücumu edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə təhlükəsizlik mənbəsindən məlumat verilib.

Həmçinin təcavüzkar və işğalçı koalisiya son 24 ərzində Hodeydada atəşkəs rejimini pozub, Məarib və Nəcrana 23 hava hücumu edib.

Ümumilikdə son 24 saat ərzində atəşkəs rejimi 290 dəfə pozulub.

Düşmən tərəfindən müxtəlif silahlarla 109 raket atılıb və 184 atış edilib.

Bundan başqa casus təyyarələrlə əl-Cəbəliyyə üzərində uçuş da həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR