Şərqi Çexiyada daşqınlar

Şərqi Çexiyada daşqınlar

Mərkəzi Avropada şiddətli leysan yağışları regionun bir sıra ölkələrində çayların məcrasından çıxmağına səbəb olub.

Rasthaber Azərbayca  Azərtac-a istinadən məlumatına görə, Şərqi Çexiyanın Olomoutsa rayonunda daha gərgin vəziyyət yaranıb. Daşqınlar nəticəsində xeyli kənd su altında qalıb. Fövqəladə Hallar Nazirliyi su basmış yaşayış məntəqələrinin sakinlərini təxliyə edib. Qapıları kilidə düşmüş avtomobillərin içərisində qalanların olduğu bildirilir. Bəzi yerlərdə güclü sel maşınları aparıb.

  Bu günədək 48 yaşlı qadının həlak olduğu, 74 yaşlı təqaüdçünün isə itkin düşdüyü müəyyən edilib. Qısa qapanmaların baş verməməsi üçün elektrik ötürücü xətlər cərəyandaşıyıcılardan ayrılıb. Bir çox yollar artıq bağlanıb.

Xəbəri paylaş

VİDEOLAR